thumb|right|200px|Qabırğa, tikə, lülə kababları thumb|right|200px|Toyuq, ciyər, pomidor, kartof kababları Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Əsasən, quş və iribuynuzlu heyvanların ətindən hazırlanır.

Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır.

Tarixi Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.

Azərbaycan mətbəxində kabab növləri Zirincli kabab Tikə kabab Lülə kabab Toyuq kababı Balıq kababı Bildirçin kababı Böyrək kababı Bağırsaq kababı Basdırma kabab Xan kababı Kartof kababı Badımcan kababı Pomidor kababı Bibər kababı Tava kababı Belin böyrək hissəsindən kabab Qaraciyər kababı Cücə kababı Çanaqda quzu kababı Qarssayağı tikə kabab Həvəskar kababı Qafqazsayağı kabab Çərkəzsayağı şişlik Şişdə toyuq ciyəri Alabalıq kababı

Şəkillər

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Küçə yeməkləri Kateqoriya:Balkan mətbəxi Kateqoriya:Mərkəzi Asiya mətbəxi Kateqoriya:Levant mətbəxi Kateqoriya:Osmanlı mətbəxi Kateqoriya:Yemək növləri Kateqoriya:Şərq mətbəxi Kateqoriya:Azərbaycan mətbəxi Kateqoriya:Ət Kateqoriya:Türk dilində sözlər və ifadələr Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:Kabablar Kateqoriya:Bosniya və Herseqovina mətbəxi Kateqoriya:İsrail mətbəxi Kateqoriya:Suriya mətbəxi Kateqoriya:Şimali Makedoniya mətbəxi Kateqoriya:Tacikistan mətbəxi Kateqoriya:Cənubi Asiya mətbəxi Kateqoriya:Qaraçı mətbəxi Kateqoriya:Fələstin mətbəxi Kateqoriya:Hindistan mətbəxi Kateqoriya:İordaniya mətbəxi Kateqoriya:Kürd mətbəxi Kateqoriya:Livan mətbəxi Kateqoriya:Misir mətbəxi Kateqoriya:Özbəkistan mətbəxi Kateqoriya:Talış mətbəxi