Sidi-Süleyman () — Əlcəzairin şimal-şərq hissəsində, Uarqla vilayətində şəhər və kommuna. Məqarin dairəsinin bir hissəsidir .
Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şimalındakı vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 460 kilometr cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 56 metr yüksəkdir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 65 mm-dir). Orta illik temperatur 21,5 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,4°C-dir.
Nəqliyyat Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri