Şərşal () — Əlcəzairdə, Tipaza vilayətinin ərazisində liman şəhəri. Paytaxt Əlcəzairdən 90 km aralıda yerləşir.
Tarixi Əvvəlcə şəhər İol adlanırdı. Mavritaniya çarı II Yuba onu imperatorun şərəfinə Qeysəriyyə adlandırmışdır. İmperator Klavdinin dövründə Mavritaniya Roma əyalətinə çevrilmiş, beləliklə şəhər Roma koloniyası olmuşdur.
İkinci Dünya müharibəsi zamanı, 1942-ci il oktyabrın 21–22-də burada "Məşəl" əməliyyatının planlaşdırılması üzrə İngiltərə–Fransa konfransı keçirilmişdir.
Qalereya
Ədəbiyyat
Xarici keçidlər Фотографии Шаршала
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:E.ə. IV əsrdə yarananlar Kateqoriya:E.ə. IV əsrdə yaranan yaşayış məntəqələri