Canet (; ) — Əlcəzairin cənub-şərqində, İllizi vilayətində şəhər və kommuna. Canet dairəsinin inzibati mərkəzidir.
Coğrafi mövqe Şəhər vilayətin cənubunda, Tassilin Accer yaylasının cənub hissəsində, ölkənin paytaxtı Əlcəzairdən təxminən cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən qədərdir.Canet kommunası İllizi və Bürc-əl-Huas kommunaları, Liviya və Niger əraziləri ilə həmsərhəddir. Sahəsi 57,460 km2-dir.
İqlimi Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 18 mm). Orta illik temperatur 23,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 12,4°C, ən isti ayda (iyun) 31,6°C-dir.
Nəqliyyat Şəhərin cənubundan 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir. Eyniadlı hava limanı var.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:Tuareqlər