Bumerdes ()‎ — Əlcəzairin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Burada böyük universitet var və Əlcəzairin elmi mərkəzi hesab edilir.

Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilində, dəniz səviyyəsindən 41 metr yüksəklikdə yerləşir.Bumerdes ölkənin paytaxtı Əlcəzairdən təxminən 45 kilometr şərqdə yerləşir.

Əhalisi 2008-ci ildə əhalinin sayı 41,685 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası:

+ 1977 1987 1998 2008 10,735 22,402 33,646 41,685

Tarixi Əlcəzair müstəqillik qazanmazdan əvvəl bura Roşe-Nuar kəndi idi və bir neçə evdən ibarət idi. 1952-ci ildən 1962-ci ilə qədər Fransa ordusu həmin kəndin yaxınlığında Əlcəzair Birgə Baş Qərargahının hərbi düşərgəsini tikmişdir.

1962-ci ildə aprel–iyul aylarında gələcək müstəqil Əlcəzairin Milli Müvəqqəti Hökuməti hərbi şəhərciyində fəaliyyət göstərirdi.

Həmçinin bax Korso (Əlcəzair)

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:1984-cü ildə yaranmış dövlətlər və ərazilər