– Yaponiya ədəbiyyatşünası və vaka şairi.
Həyatı 1872-ci ildə Mie prefekturasında bir kokuqaku aliminin oğlu kimi dünyaya gəlmişdir. 1888-ci ildə Tokio Universitetindən məzun olmuş və yapon dilində ixtisaslaşmışdır.
Sasaki Yaponiya klassikləri haqqında rəylər, eləcə də, vakalar, marşlar və mahnılar nəşr etdirmişdir. İlk vaka kolleksiyası olan "Omoiqusa" 1903-cü ildə çapdan çıxmışdır. 1905-ci ildə Tokio Universitetində mühazirələr verməyə başlamış, bu dövrdən sonra vaxtını "Manyoşu" və vaka tarixi haqqında yazılar yazmağa sərf etmişdir. O, Yaponiya klassikləri haqqında ətraflı araşdırmalar aparmışdır. 1912-ci ildə "Şinqetsu" adlı ikinci vaka kolleksiyasını nəşr etdirmişdir. 1917-ci ildə Yaponiya Elmlər Akademiyasının mükafatına layiq görülmüşdür.
1931-ci ildə Tokio Universitetindəki işini tərk edərək təqaüdə çıxmışdır. 1937-ci ildə Mədəniyyət ordeni ilə təltif olunmuşdur. "Sakka haçicuninen" (1959) kimi bəzi avtobioqrafiyaların müəllifidir.
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Mie prefekturasında doğulanlar Kateqoriya:Yaponiya ədəbiyyatşünasları Kateqoriya:Yaponiya şairləri Kateqoriya:İmperator Mükafatının laureatları