Məqarin () — Əlcəzairin şimal-şərqində, Uarqla vilayətində şəhər və kommuna. Meqarin dairəsinin inzibati mərkəzidir.
Coğrafi mövqe Şəhər vilayətin şimal hissəsində, Böyük Səhranın şiaml vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 68 metrdir.
İqlim Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində çox az yağıntı düşür (orta illik miqdarı 66 mm-dir). Orta illik temperatur 21,4 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,1°C, ən isti ayın (iyul) orta temperaturu 33,3°C-dir.
Nəqliyyat Şəhərin qərbindən 3 nömrəli respublika əhəmiyyətli avtomobil yolu keçir.
İstinadlar
Kateqoriya:Əlcəzair şəhərləri