Xəzər Ağaəli oğlu İsayev () — Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədri, Azərbaycan Dövlət Gömrük Komitəsinin "İdman Sağlamlıq Mərkəzi"nin baş direktoru, Gömrük xidməti Polkovniki
Həyatı 1 fevral 1963-ci ildə Ağdaş rayonunda anadan olub.
1986-ci ildə sərbəst güləşdə göstərdiyi yüksək nəticələrə görə SSRİ-nin Əməkdar İdman Ustası adına layiq görülmüşdür.
"Gömrükçü" İdman Sağlamlıq Mərkəzinin baş direktoru, gömrük xidməti polkovnikidir.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və Milli Olimpiya Komitəsinin "Ədalətli Oyunlar" komissiyasının sədridir.
Nəticələri 1985 — SSRİ Kuboku (Bakı)- I yer; 1986 — SSRİ çempionatı (Vladiqafqaz)- I yer; Avropa çempionatı (Saloniki, Yunanıstan)- I yer; Dünya çempionu (Budapeşt, Macarıstan)- I yer; Xoşməramlı oyunlar, komanda tərkibində — I yer, (şəxsi çıxış — II yer); 1987 — SSRİ çempionatı — I yer; Avropa çempionatı (Bolqarıstan) — I yer; Dünya Kuboku (ABŞ) — I yer; 1991 — SSRİ Kuboku (Suxumi, Gürcüstan) — I yer.
Xatirəsi 1990-cı ildə Rafiq Yüzbaşov tərəfindən Xəzər İsayevə həsr olunmuş Çempion adlı qısametrajlı sənədli film çəkilmişdir.
İstinadlar
Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Güləş üzrə dünya çempionları Kateqoriya:"Şöhrət" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilənlər Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimləri Kateqoriya:Sərbəst güləş üzrə dünya çempionları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri