Heyli Staynfeld (; ) — ABŞ aktrisası və müğənnisi. O, 2010-ci ildə rol aldığı "True Grit" filmindəki çıxışına görə "Oskar" və "BAFTA" mükafatına namizədlik əldə etmişdir.
Həyatı Heyli Staynfeld Los-Anceles şəhərində yerləşən Tarzana məhəlləsində anadan olub. Onun anası Çeri (qızlıq soyadı: Domasin) interyer dizayneri, atası Piter Staynfeld isə şəxsi məşqçidir.Garza, Oscar (February 25, 2011). "Hailee Steinfeld's True Colors" . L.A. Forward. Retrieved March 5, 2011. O, iki uşaqdan ən kiçiyidir. Onun Qriffin adlı böyük qardaşı var. Onun əmisi fitness məşqçisi və aktyor Ceyk Staynfelddir. Heylinin anasının babasının qardaşı Larri Domasin keçmiş uşaq aktyor olmuşdur. Onun xalası qızı aktrisa True O'Brien, Hayli səkkiz yaşında olarkən televiziya reklamında çəkilmişdi. Bu Heylinin aktrisalığa maraq göstərməsinə səbəb olmuş və o, da bunu sınamağa qərar vermişdir.
Heylinin atası yəhudi, anası isə xristiandır. Onun ana tərəfdən babası Rikardo Domasin Filippin və afroamerikalı mənşəlidir. Heyli Kaliforniyanın Aqura-Hillz və Touzand-Oks şəhərlərində böyümüşdür. O, Ascension Lüteran Məktəbinə, Conejo İbtidai məktəbinə və Colina Orta Məktəbinə gedib. Heyli 2008-ci ildən 2015-ci ilə kimi məzun olana qədər evdə təhsil alıb.
Şəxsi həyatı Aktrisa Heyli Staynfeld 2016-cı ildə İnstaqram ulduzu Cameron Smoller ilə romantik münasibətə başlayıb. Onlar ilk dəfə 2017-ci ildə "Qızıl Qlobus" mərasimində cütlük kimi ictimaiyyət qarşısına çıxsalar da, həmin ilin noyabrında münasibətlərinə son qoyublar. O, 2017-ci ilin dekabrında irlandiyalı müğənni Nayl Horan ilə romantik münasibət qurub, lakin onlar bir ildən sonra münasibətlərini bitiriblər. Heyli 2023-cü ilin may ayında Buffalo Bills klubunun yarımmüdafiəçisi Coş Allen ilə romantik münasibətə başlamışdır.
Filmoqrafiya True Grit (2010) Yenidən başlayaq (2013) Romeo & Juliet (2013) Ender's Game (2013) Pitch Perfect 2 (2015) Taylor Swift: The 1989 World Tour Live (2015) The Edge of Seventeen (2016) Pitch Perfect 3 (2017) Bamblbi (2018) Hörümçək-adam: Hörümçək-kainata doğru (2018) Hörümçək-adam: Kainatların toru (2023) Marvellər (2023)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Afroamerikalılar Kateqoriya:Musiqi Kateqoriya:Uşaq aktyorlar