İrəvan şəhərinin mühasirəsi (1808) — Birinci Rus-Qacar müharibəsi zamanı 1808-ci ilin oktyabrından noyabrına qədər baş vermiş mühasirə döyüşü. 1804-cü ildəki mühasirə kimi bu mühasirədə də İrəvan əhli öz doğma şəhərini uğurla müdafiə etdi və ruslar geri çəkilməyə məcbur oldular.
İrəvan şəhərinin mühasirəsinin tarixi və gedişatı haqqında Çar qoşunlarının İrəvan şəhərinə olan yürüşü əlverişli mövsümün sonunda və ləvazimat baxımından pis təşkil edilmişdi. Ruslar düz 6 həftəlik mühasirədən sonra uğursuzluğa düçar oldular. Min nəfərin ölümü daxil olmaqla, üç min itki verdikdən onlar sonra geri çəkildilər.
Rus marşalı İvan Qudoviç uğursuzluğuna bəhanə gətirmək üçün irəvanlılara fransız hərbçilərin yardım etdiyini bildirdi, lakin onun üst komananları vəziyyətin belə olmadığının fərqində idilər.
Rusiya çarı I Aleksandr marşal İvan Qudoviçin etdiyi bu hərbi yürüşün böyük uğursuzluqla nəticələnməsini duyduqdan sonra ona çox qəzəbləndi, onun yürüşünü "Axmaqlıq" adlandıraraq heç bir kompensasiya olmadan İvan Qudoviçi təqaüdə göndərdi.
Həmçinin bax Üçmüədzin döyüşü (1804) İrəvan qalasının mühasirəsi (1804)
İstinadlar
Mənbə
Kateqoriya:Rusiyanın döyüşləri Kateqoriya:Rusiya-İran müharibəsi (1804–1813) Kateqoriya:1808-ci ildəki hadisələr Kateqoriya:Mühasirələr Kateqoriya:XIX əsrdə Ermənistan