Kifara (yun: κιθάρα) — qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur.
thumb|Kifaralı Apollon Heykəli, (Perqam muzeyi, Berlin)
thumb|Kifara çalan Apollon freskası, Palatin Antiquarium, Roma, eramızın 50-ci illəri
thumb|Kifara çalan Muza
Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır. Simlər bu hissədən çıxıb səs gövdəsinin üzərindən V şəklində keçirlər və körpünün üzərindən sim tutucuya çatır və alətin altında başa çatır.
Dirsəklər gərgin və ovucun içərisi içəriyə istiqamətlənmiş formada əyilmiş şəkildə sağ əl ilə tutulan mizraq (fil sümüyü, ağac və ya metaldan hazırlanır) vasitəsi ilə çalınırdı və bu arada sol əlin düz saxlanılmış barmaqları ilə simlər çəkilirdi.
Ədəbiyatda kifara M. L. West: Qədim Yunanıstan Musiqisi, Oksford 1992. J. G. Landels: Qədim Yunanıstan və Romada musiqi, London və Nyu-York, 1999. S. Hagel / Ch. Harrauer (Hrsg.): Tədbirlərdə Qədim Yunanıstan Musiqisi, Vyana 2005.
Həmçinin bax Lira Barbitos Forminqa
İstinadlar
Ədəbiyyat siyahısı
Əlavə ədəbiyyat siyahısı
Xarici keçidlər
Yenidən hazırlanmış Yunan kifarasının səs nümunələri http://homoecumenicus.com/ancient_instruments.htm - Lir, Kifara, Barbitos və Forminqanın şəkillərlə izahı
Kateqoriya:Simli musiqi alətləri Kateqoriya:Qədim Yunanıstan Kateqoriya:Qədim Yunanıstan incəsənəti Kateqoriya:Qədim Yunanıstan mədəniyyəti