— Yaponiya videooyun publikasiyası. "ASCII Media Works" tərəfindən nəşr olunurdu. Əsasən "PlayStation" markası ilə bağlı məlumatları dərc edirdi. "Dengeki" ilk olaraq 1994-cü ildə jurnal kimi təsis edilmişdir. Buna baxmayaraq, 2020-ci ildə jurnalın buraxılışı dayandırmış və publikasiya "Dengeki Online" adı ilə rəqəmsal fəaliyyətə keçid etmişdir.
Tarixi Jurnal ilk dəfə 1994-cü ilin dekabrında "Dengeki G's Magazine"in xüsusi buraxılışı kimi satışa çıxarılmışdır.
Jurnalın nəşri 28 mart 2020-ci il tarixində buraxılan 686 nömrəsində dayandırılmışdır. Qərar "jurnallar kimi medianı əhatə edən, həmçinin videooyunlar haqqında məlumatların çatdırılmasında dəyişikliklər" səbəbindən qəbul edilmişdir. Publikasiya hələ də "Dengeki Online" veb-saytı vasitəsilə rəqəmsal olaraq fəaliyyətini davam etdirir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya videooyun jurnalları Kateqoriya:Nəşri dayanan Yaponiya jurnalları Kateqoriya:MediaWorks jurnalları Kateqoriya:ASCII Media Works jurnalları Kateqoriya:PlayStation (marka) jurnalları Kateqoriya:1994-cü ildə Yaponiyada yarananlar