Beriev Be-200 "Altair" — Rusiya istehsalı amfibiya təyyarə.

Be-200, A-40 amfibiya təyyarəsində istifadə olunan idealardan ilhamlanaraq yaradılmışdır. Təyyarə yanğınların söndürülməsi üçün suyu həm aerodromda, həm də suyun səthində sürüşmə rejimində doldurula bilər. Əsas tətbiqlər: yanğınsöndürmə, axtarış-xilasetmə əməliyyatları, ekoloji missiyalar, sərnişinlərin və yüklərin (humanitar yardımların) daşınması. Bir sıra uçuş xüsusiyyətlərinə görə Be-200-ün dünyada analoqu yoxdur.

Təyyarənin adı Qartal bürcündəki Əltair ulduzunun adına uyğun olaraq seçilmişdir. Həm də "Al" Beriev A-40 Albatrosu, "ta" Taqanroqu, "ir" təyyarənin hazırlandığı İrkutsk şəhərini təmsil edir."PRESS RELEASE No.58 dt. 12th February 2003. Results of the competition for the best personal names for the Be-103 and the Be-200 amphibious aircraft"

Azərbaycan Rusiyadan 2008-ci ildə BE-200ÇS təyyarəsi almışdır.FHN amfibiya-təyyarə alıb

Tarixi Amfibiya təyyarəsinin yaradılması üzrə işə başlamaq qərarı o vaxtkı hökumətin 17 iyul 1992-ci il tarixli 497 nömrəli qərarı ilə qəbul edilmişdir.

Be-200ÇS prototipinin ilk uçuşu 24 sentyabr 1998-ci ildə baş tutub.

Konstruksiya

Modifikasiyaları +Modelin adıQısa məlumatBE-200Yanğınsöndürən amfibiya təyyarəsi, 1 nüsxə (ilk uçuş 24 sentyabr 1998-ci il).BE-200PUzun müddət havada qalması və müşahidəsi üçün avadanlığı olan, 2 pilot da daxil olmaqla 9 nəfərə qədər artırılmış ekipajı olan patrul təyyarəsiBE-200PSPatrul axtarış-xilasetmə amfibiya təyyarəsi, Be-200P-nin daha da modernləşdirilmiş variantı, quruda və suda axtarış-xilasetmə əməliyyatları üçün nəzərdə tutulmuşdur. Xüsusi axtarış-xilasetmə avadanlığı ilə təchiz olunub. Ekipaj 2 pilot, 2 müşahidəçi, bort mexaniki və 2 xilasedicidən ibarətdir.BE-200ÇS(Be-200ES-E)Çoxməqsədli amfibiya təyyarəsi, seriyalı şəkildə istehsal olunur (ilk uçuş 27 avqust 2002-ci il).BE-300(Proyekt)Çoxməqsədli təyyarə. Be-200-ün quru versiyası.

Texniki göstəricilər irkut.com Ekipaj: 2 nəfər Sərnişin tutumu:BE-200ÇS- 43 sərnişinə qədər, sərnişin variantı — 72 sərnişinə qədər Uzunluğu: 32.05 m Qanadların eni: 32.78 m Hündürlük: 8.90 m Qanad sahəsi: 117,44 m² Kabin ölçüləri (UxWxH): 18.7 m x 2.4 m x 1.8 m Boş çəki: 28000 kq Faydalı yükün çəkisi: 5000 kq yük, üstəgəl çənlərdə 12 m³ su (eyni zamanda və ya ardıcıl axıdılma imkanı ilə 8 bölməli su çəni) 12m³ suyun səthdən toplanma vaxtı: 14 saniyə Əməliyyat yerinə yetirə biləcəyi maksimum dalğa hündürlüyü: 1.3m Maksimum uçuş çəkisi: Qurudan: 41000 kq Sudan: 37900 kq Su hövzəsində suyu dolduraraq: 43000 kq Uçuş xüsusiyyətləri Maksimum sürət: 7000 m hündürlükdə 700 km/saat Kruiz sürəti: 550–610 km/saat Uçuş sürəti: 220 km/saat Eniş sürəti: 195 km/saat Su doldurarkən sürət: 150–190 km/saat Praktik uçuş məsafəsi: 3300 km Praktik tavan: 8000 m Qalxma sürəti: 12.2 m/s

İstifadəsi 2003-cü ildən BE-200 Rusiya və digər ölkələrdəki meşə yanğınları ilə mübarizədə istifadə olunur

Fövqəladə Hallar Nazirliyinə məxsus BE-200ÇS:

29 aprel 2015: Nepal Federativ Demokratik Respublikasının ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salıb. Azərbaycan Respublikasının 13 və Gürcüstanın 4 vətəndaşının Bakıya təxliyə olunub.

17 dekabr 2015: "Günəşli" yatağında baş vermiş qəzanın nəticəsində itkin düşənlərin axtarışı

27 dekabr 2015 – 22 aprel 2016: Günəşli yatağında baş verən qəzadan itkin düşmüş neftçilərin ayrı-ayrı vaxtlarda Xəzər dənizinin Türkmənistan sahəsində tapılan meyidlərinin Azərbaycana gətirilməsi

27 noyabr 2016: İsraildə meşə yanğınları söndürülüb

10 dekabr 2019: "Eurohome" tikinti bazarındakı yanğının söndürülməsi

15 – 18 yanvar 2021: Hirkan milli parkında yanğının söndürülməsi

5 – 16 avqust 2021: Türkiyə respublikasında meşə yanğınlarının söndürülməsi

23 – 30 iyun 2022-ci il tarixinlərində Azərbaycan FHN-ə məxsus təyyarə Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edib..

11 iyul 2022: Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğının söndürülməsinə cəlb olunub.

16 avqust 2022: Şabran rayonunda baş vermiş yanğının söndürülməsi

28 avqust 2022: Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus "BE-200ÇS" amfibiya tipli təyyarədə texniki problem yaranıb. Təyyarə Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.

2024-cü ilin ortalarında yenidən istifadədə görülüb.

2024-cü ilin avqust-oktyabr aylarında meşə yanğınları ilə mübarizə üçün Türkiyədə olub.

Qəzalar 14 avqust 2021 tarixində Türkiyədə Rusiyaya məxsus "Be-200" təyyarəsi yanğınları söndürmək tapşırığını yerinə yetirdikdən sonra qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan beş rusiyalı və yanğın ocaqlarını göstərən üç türkiyəli hərbçi həlak olub.

İstifadəçilər və sifarişçilər

İstifadəçilər: : G. M. Beriyev adına Taqanroq Aviasiya Elmi-Texniki Kompleksi — 2 ədəd (01 və 02 nömrəli prototiplər) Fövqəladə Hallar Nazirliyi — 6 təyyarə Rusiya Federasiyasının dəniz aviasiyası — 1 ədəd : Fövqəladə Hallar Nazirliyi — 1 ədəd BE-200ÇS. 2008-ci il may ayında Rusiyadan alınıb. Xaricə satılmış ilk BE-200ÇS təyyarəsidir.

Sifarişçilər: Rusiya Fövqəladə Hallar Nazirliyi — 8+24 ədəd

İndoneziya — 4 ədəd

Çin — 4 ədəd

ABŞ — 10 ədəd

Çili — 2 ədəd

İstinadlar

Xarici keçidlər https://russianplanes.net/reginfo/1935 https://russianplanes.net/planelist/Beriev/Be-200

Kateqoriya:Təyyarələr Kateqoriya:Rusiya ixtiraları Kateqoriya:Beriev təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr Kateqoriya:Reaktiv dəniz təyyarələri və uçan qayıqlar