thumb|Milli komanda Avropa çempionluğunu qeyd edərkən (2022). Azərbaycan milli minifutbol komandası – Azərbaycanı təmsil edən minifutbol komandası. Komandanın ən böyük uğuru 2025-ci ildə Bakıda keçirilmiş Minifutbol üzrə Dünya Çempionatında əldə etdiyi çempionluqdur.
Tarixi 2025-ci ildə milli komanda Bakıda keçirilmiş Dünya Kubokunda qalib gəlmiş və ilk dəfə dünya çempionu olmuşdur. Komandanın oyunçusu Ramiz Çovdarov turnirin ən yaxşı oyunçusu seçilmişdir.
Milli komanda 2026-cı ilin aprelində Dünya MiniFutbol Federasiyası tərəfindən tərtib olunan reytinqdə birinci yerdə qərarlaşmışdır. 4085 xal toplayan komandamı tarixində ilk dəfə olaraq bu uğura imza atmışdır.
Komanda 2026-cı ilin mayında Monteneqroda keçirilən Millətlər Liqası turnirinin qalibi olmuşdur. Komanda Qazaxıstan və Monteneqro millilərinin iştirakı ilə keçirilən yarışda birinci yeri tutmuşdur. Vəli Qafarov turnirin ən yaxşı qapıçısı, İsa Atayev ən məhsuldar futbolçusu seçilmişdir.
Milli komanda 2026-cı ildə Slovakiyada təşkil olunmuş Avropa çempionatının finalına yüksəlmiş, finalda Ukrayna millisinə 2:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə Avropa çempionu olmuşdur.
Heyət Minifutbol komandasının heyətinə Ağaseyid Qasımov, Vəli Qafarov, Rəvan Kərimov, Taleh Babayev, Xətai Bağırov, Kənan Mirzəliyev, Samir Həmzəyev, İsa Atayev, Elvin Əlizadə, Ruslan Ağalarov, Təmkin Xəlilzadə, Məhəmməd Xəlilov, Cəfər Cəfərov, Vüsal İsayev, Ruzigar İbrahimzadə, Mirmehdi Rzayev, Ramiz Çovdarov, Eşqin Tağıyev daxildir.
Üzvlüklər Milli komanda Azərbaycan Minifutbol Federasiyası tərəfindən idarə olunur və Avropa Minifutbol Federasiyasının üzvüdür.
Uğurları Minifutbol üzrə Avropa çempionatı Çempion: 2022, 2026
Minifutbol üzrə Dünya Çempionatı Çempion: 2025 4-cü yer: 2023
İstinadlar
Minifutbol Kateqoriya:Milli minifutbol komandaları Kateqoriya:Azərbaycanda minifutbol