İslam İbrahim oğlu Namazov () — "Aşqarların texnologiyası" laboratoriyasının sabiq müdiri, texnika elmlər namizədi.Akademik Ə. Quliyev adına Aşqarlar Kimyası İnstitutunda sabiq elmi işlər üzrə direktor müavini, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

Həyatı Namazov İslam İbrahim oğlu 1928-ci il 5 yanvar tarixində Gəncə şəhərində anadan olub. 1943-cü il Azərbaycan Sənaye Universitetinə daxil olub, 1949-cu ildə mühəndis, kimyaçı-texnoloq ixtisasını bitirmişdir. 1949-cu ildə Bakı Neftayırma zavodunda operator, daha sonra qurğu rəisi, 1950-ci ildə mühəndis, 1952-ci ildə böyük mühəndis, 1952-ci ildə baş texnoloq, 1955-ci ildə zavodun Baş mühəndis müavini, 1965-ci ildən AMEA Aşqarlar Kimyası İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən " Aşqarların texnologiyası" laboratoriyasının müdiri vəzifələrində işləmişdir. 1960-cı ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

Elmi fəaliyyəti O, Aşqarlar Kimyası İnstitutunda sintez olunmuş CБ-3, СК-3, БФК-1,БФКу, ИХП-21, ИХП-101, AKİ-114 və AKİ-130 aşqarlarının istehsala tətbiqi üçün texnoloji proseslərin işlənib hazırlanmasında və eləcə də onların istehsalata tətbiqində yaxından iştirak etmişdir. O, institutda yaradılan effektli aşqarların istehsalı üçün fasiləsiz işləyən texnoloji proseslərin üzərində çalışmışdır.

Elmi əsərləri İ. Namazov 123 elmi əsərin, 3 kitabın və 30 müəlliflik şəhadətnaməsinin müəllifidir.

Məqalələri Установление ресурсов циклогексана, метил- и диметилциклогексана в Сиазанской нефти, как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 12 , 1959г. Установление в нефтях Азербайджана циклогексана, метил- и диметилциклогексана, , как основого сырья для производства синтетического волокна // Азерб.нефтяное хозяйство № 5 , 1958г. Исследование индивидуального углеводородного состава бензиновой фракции балаханской тяжелой нефти // Азерб.нефтяное хозяйство № 8 , 1958г. Исследование индивидуального углеводородного состава бензиновой фракции бибигейбатской нефти верхнего отдела // Азерб.нефтяное хозяйство № 4 , 1958г. Нефтепродукты как растворители пентахлорфенола // АНХ, № 11, 1964 Синтез новых четвертичных аммониевых соединений на базе нефтяного сырья // АНХ, № 4, 1967г. Использование остатков от центрифугирования присадок // АНХ, № 9, 1970г. Отгон продукта алкилирования на установке непрерываного действия // АНХ № 4, 1971г. Влияние строения алкилных радикалов на качество присадок типа БФК // АНХ № 5, 1975.

Müəlliflik şəhadətnaməsi Способ стабилизации бутил каучука // Авт.св-во СССР № 275370,1970г. Пленочный реактор // Авт.св-во СССР № 404498,1973г.

Kitabları Индивидуальные углеводороды бензинов и их применение // Книга изд.Азернешр// 1976. Оператора по очистке светлых нефтепродуктов// Книга, изд.Азернешр. Предложения новаторов нефтеперерабатывающего завода им.Андреева, Книга изд.Азернешр.

Mükafatları Dövlət Mükafatı laureatı (1970); Bakı neftindən istehsal edilən motor yağları üçün bir sıra effektli aşqarların və onların kompozisiyalarının sintezi texnologiyasının işlənib hazırlanması və sənayedə tətbiq edilməsilə bağlı Elm və texnika sahəsində Azərbaycan SSR Dövlət mükafatının 10 laureatından biri. "V. İ. Leninin 100-illik yubileyi" medalı (1970).

Mənbə Академия Наук Азербайджанской ССР Институт Химии Присадок, Издательство "Элм", Баку-1977.

İstinadlar

Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycanlı kimyaçılar Kateqoriya:Texnika elmləri üzrə fəlsəfə doktorları Kateqoriya:AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri