Tarixi Bu yeməyin vətəni Göyçaydır.
Sadə nar qovurma
Ərzaqlar nar — 3 ədəd yumurta — 2 ədəd baş soğan — 1 ədəd
Hazırlanma qaydası Narı dənələyib soğanla qovurursan. duz — istiot vurulur. Üstünə yumurta çalınıb tökülür və bişirilir. Bunu həmçinin plovnan da yemək olar.
Ətli nar qovurma (I)
Ərzaqlar Qoyun əti – 330 q, ərinmiş yağ – 30 q, nar – 50 q, şabalıd – 180 q, baş soğan – 100 q, zəfəran – 0,05 q, keşniş və şüyüd – 15 q, istiot – 0,1 q, duz.
Hazırlanma qaydası Qoyun əti 60–70 qramlıq tikələrə doğranır, duz və istiot vurulub yağda qızardılmış soğan, təmizlənmiş şabalıd, bulyon və zəfəran şirəsi əlavə edib öz buğunda bişirilir. Hazır olmağa 5 dəq. qalmış nar dənələri və ya şirəsi əlavə olunur. Süfrəyə verildikdə üstünə göyərti səpilir.
Ətli nar qovurma (II)
Ərzaqlar adambaşına 300 qr qoyun əti 30 qr ərinmiş yağ 50 qr təzə nar 10 qr şabalıd 1 baş soğan keşniş, zəfəran və tam üçün duz, istiot götürülür.
Hazırlanma qaydası Qoyun əti tikələrə doğranıb qızardılmış tavada yağ içində qızardılır. Sonra yağda qızardılmış soğan və duzlu suda bişirilib, qabığı soyulmuş şabalıd qatılır, bulyon və zəfəran şirəsi tökülür və qapağı kip örtülüb hazır olana qədər öz buğunda bişirilir. Hazır olmasına 5 dəq qalmış buna yetkin nar, yaxud nar şirəsi vurulur. Süfrəyə veriləndə üstünə narın doğranmış göyərti səpilir.
İstinad
Kateqoriya:Azərbaycan mətbəxi