Güllə səsləri altında rəqs: Ram və Lila, yaxud da daha çox tanınan adı ilə Ram və Lila () Sanjay Lila Bansalinin rejissorluğu altında çəkilmiş 2013-cü il istehsalı olan Hindistanın melodram janrında olan film. Sanjay Leela Bhansali həm də filmin orijinal saundtrekini bəstələyib. Film Bhansali Productions və Eros International studiyalarında Bansalinin özünün və Kişore Lullanın prodüserliyi ilə çəkilmişdir. Baş rollarda Dipika Padukone və Ranvir Sinq iştirak ediblər. Filmdə, həmçinin Supriya Pathak, Riça Çadda, Şarad Kelkar, Gulşan Devaya, Barxa Bişt Sengupta və Abhimani Sinq iştirak etmişdirlər. Priyanka Çopra “Ram Chache Leela” mahnısı üçün xüsusi rəqs nömrəsində çıxış etmişdir.

Süjet xətti

Hindistanın Qucarat ştatında iki nəsil arasında 5 əsrlik qan düşmənçiliyi davam edir. Son illər onların arasındakı ədavət pik nöqtəyə çatıb. Tərəflər artıq silahlara əl ataraq, açıq müharibəyə başlayıblar. Hər iki tərəf əhəmiyyətli dərəcədə itki verib. Baş qəhrəman - gənc və gözəl Lila “Saner” klanının təhlükəli və nüfuzlu qadın başçısının qızıdır. O qızına layiqli ər axtardığı bir vaxtda, Lila şənliklərin birində Ram adlı oğlanla tanış olur. Aralarında dərhal qarşılıqlı sevgi hissləri oyanır. Lakin sonradan Lila qəlbinin sahibi olmuş gəncin düşmən “Racari” klanına məxsus olduğunu öyrənir. Anasının heç bir halda onların izdivacına razılıq verməyəcəyinə əmindir. İndi o hansının - məhəbbətin yoxsa ailəyə sədaqətin daha üstün olduğuna özü qərar verməlidir...

İstinadlar Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:"Romeo və Cülyetta"ya əsaslanan filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Dramlar Kateqoriya:Musiqili filmlər