və ya Li Sinfen () – Çin və yapon dillərində yazan Tayvan yazıçısı. O, Akutaqava mükafatına layiq görülən ilk tayvanlı yazıçıdır.

Həyatı Li Kotomi 1989-cu ildə Tayvanda doğulmuşdur. 15 yaşında yapon dilini öyrənməyə və Çin dilində bədii əsərlər yazmağa başlamışdır. Milli Tayvan Universitetindən məzun olduqdan sonra 2013-cü ildən Yaponiyada yaşayır. Vaseda Universitetində təhsil aldıqdan sonra yapon dilində yazdığı ilk romanı olan "Solo rəqs" romanına görə 2017-ci ildə Qunzo Yeni Yazıçı Mükafatına layiq görülmüşdür. Kitabın Çin dilinə tərcüməsi Tayvanda nəşr olunmuşdur. Bundan sonra həm çincə, həm yaponca yazmağa davam etmişdir. 2019-cu ildə yapon dilində yazdığı "Beşə qədər saysan aypara" romanı Akutaqava mükafatına namizəd göstərilmişdir.

2021-ci ildə "Qırmızı hörümçək zanbaqlarının çiçəkləndiyi ada" romanına görə Akutaqava və Yukio Mişima mükafatlarının, "Parlaq qütb ulduzunun gecəsi" romanına görə isə Yaponiya Təhsil Nazirliyinin yeni sənətçilər üçün təsis etdiyi Cəsarətləndiricilik mükafatının qalibi olmuşdur. O, Akutaqava mükafatını udan ilk tayvanlı və ana dili yaponca olmayan ikinci yazıçıdır.

Əsərləri Solo rəqs (独り舞, Hitorimai, 2017) Beşə qədər saysan aypara (五つ数えれば三日月が, 2019) Ay və ulduz gecəsi (星月夜, 2020) Parlaq qütb ulduzunun gecəsi (ポラリスが降り注ぐ夜, 2020) Qırmızı hörümçək zanbaqlarının çiçəkləndiyi ada (彼岸花が咲く島, 2021) Həyatı təbrik etmək (生を祝う, 2021)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Tayvan yazıçıları Kateqoriya:Yaponiyanın qadın romançıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Akutaqava mükafatı laureatları