Harun (, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ) — Tövratda Musanın böyük qardaşı см.: Библия, Книга Исход, гл. 7, ст. 7 və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur.Аарон // Библейская энциклопедия архимандрита Никифора. — М., 1891—1892. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır.

Bu gün Harunun nəsli "Kohen" soyadını daşıyan yəhudilərdir. Genetik araşdırmalar göstərdi ki, Yəmən mənşəli “Koen” soyadlı yəhudilərin Aşkenazi əsilli “Kohen” soyadlı yəhudilərlə ailə əlaqəsi var ki, bu da hər ikisinin fərqli mədəniyyətlərə malik olmasına və bir-birindən uzaq yerlərdə yaşamasına baxmayaraq ortaq əcdadı olduğunu təsdiqləyir.

Min illərdir ki, “Koen” ailələri birinci dərəcəli qohumlarla evlənməyə adət etmişlər və əcnəbilərlə nikahlara qarşı sərt qaydalar tətbiq edirlər. Bu da onların arasındakı genetik yaxınlığı izah edir.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Yəhudi Bibliyası peyğəmbərləri Kateqoriya:E.ə. XV əsr şəxsləri Kateqoriya:İudaizm peyğəmbərləri Kateqoriya:Tövratda xatırlananlar Kateqoriya:Yəhudi mifologiyası Kateqoriya:Musa