Mayagözəl Aymedova (; ) — SSRİ və Türkmənistan teatr və kino aktrisası, SSRİ xalq artisti (1987), SSRİ Dövlət mükafatı laureatı (1973).

Həyatı Mayagözəl Aymedova 28 may 1941-ci ildə Türkmənistanda, Aşqabad şəhərində anadan olmuşdur. O, Rusiya Teatr Sənəti Universitetini bitirmişdir, 1964-cü ildən Türkmən Milli Gənclər Teatrında işləmişdir. Aymedova "Gəlin" (1972), "Camal ağacı" (1980), "Manqurt" (1990) filmlərində rol almışdır. Psixoloji dərinlik və ifadəli vasitələrin lakonizmi onun ifa tərzini səciyyələndirir.Энциклопедический словарь. 2009. АЙМЕДОВА Маягозель.

Titul və mükafatlar Türkmənistan SSR xalq artisti (1982) SSRİ xalq artisti (1987) SSRİ Dövlət mükafatı (1973) Türkmənistan SSR Dövlət mükafatı. Tiflisdə Ümumittifaq Film Festivalı ("Gəlin" filmində qadın rolunu ifasına görə "Aktyorluq işinə görə mükafatlar" nominasiyasında ikinci mükafat, 1972) Sorrentoda Beynəlxalq Film Festivalı ("Sorrento trofeyi" mükafatı, 1972) XII [Moskva Beynəlxalq Film Festivalı (Aktyor işinə görə mükafat, "Camal ağacı" filmi, 1981) Almatıda "Avrasiya-2005" II Beynəlxalq Film Festivalı ("Kinonun inkişafına verdiyi töhfəyə görə" nominasiyası üzrə mükafat)

İstinadlar

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Türkmənistan aktrisaları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Türkmənistan ssenaristləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:XX əsr aktrisaları