Ermənistan Kommunist Partiyası (EKP; , Hayastani Komunistakan Kusaktsutyun) — Ermənistanda özünü 1920-ci ildə qurulan və Ermənistan SSR-nin mövcud olduğu dövründə (1991-ci ilə qədər) hakimiyyətdə olmuş yeganə partiya olan Sov.İKP daxilində Ermənistan Kommunist Partiyasının hüquqi varisi hesab edən siyasi partiya. Ermənistanın əsas kommunist partiyasıdır, 2006-cı ildə onun 18 min üzvü var idi. "Hayastani komunist" və "Pravda Armenii" qəzetlərini nəşr edir.

Tarixi 1920-ci ilin yanvarında Ermənistan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. 13 oktyabr 1952-ci ildə onun adı dəyişdirilərək Ermənistan Kommunist Partiyası olmuşdur. Ermənistan Kommunist Partiyasının 7 sentyabr 1991-ci ildə keçirilən XXX qurultayında partiyanın buraxılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, partiya sonradan bərpa olunmuşdur. 1991-ci ildən sonra müasir Ermənistanda Ermənistan Kommunist Partiyası I və II çağırış Ermənistan Milli Məclisinin tərkibində olmuşdur.

1995-ci ildə II çağırış – partiya 15% səs toplamışdır (6 deputat mandatı). 1999-cu ildə II çağırış – partiya 12,09% səs toplamışdır (9 deputat mandatı). III (2003), IV (2007), V (2012) çağırış parlament seçkilərində partiya Ermənistan Milli Məclisinə daxil ola bilməmişdir.

İstinadlar

Kateqoriya:Ermənistandakı siyasi partiyalar Kateqoriya:1991-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Ermənistandakı kommunist partiyalar