Seymur Baycan () — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur.
Həyatı Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.
Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”.
Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Bir çox regional layihələrdə iştirak etmiş və kulturoloji mövzularda mühazirələr söyləmişdir.
Publisistika üzrə "Cənnətdə bazar günü" yazısına görə "Media Açarı" mükafatına layiq görülüb. Elmar Hüseynov fondunun keçirdiyi müsabiqədə birinci yerə layiq görülmüşdür.
Əsərləri "Qeyri-ənənəvi cinsi əlaqə", 2003; "Sərçələr", 2003; "Qətl günü", 2004; "Ət və ət məhsulları", 2005; "18,6 sm", 2007; "Körpüsalanlar", 2008; "Quqark", 2011; "Mənim Mübarizəm"(məqalələr toplusu), 2013; "Ana Ürəyi",2013; "Mənim Mübarizəm-2"(məqalələr toplusu), 2014; "Həyatımın ən xoşbəxt günü", 2014; "Kulisdə yazdıqlarım"(məqalələr toplusu), 2015; "Mənim Mübarizəm-3" (məqalələr toplusu), 2015; "Adsız itin qayıdışı", 2015; "Mənim Mübarizəm-4" (məqalələr toplusu), 2016; "Fərqanə", 2016 "Mənim Mübarizəm-5" (məqalələr,hekayələr və müsahibələr), 2018 "On doqquz hekayə",2018 "Ana ürəyi", 2020 "18.6",2020 "Mənim mübarizəm-6" (məqalələr, hekayələr və müsahibələr), 2020 "Mənim mübarizəm-7" (məqalələr, hekayələr və müsahibələr), 2020 "Mənasız hekayələr", 2022
İstinadlar
Xarici keçidlər Seymur Baycan: “Araq, yoxsa viski?”
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Qafqaz Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan yazıçıları Kateqoriya:XX əsr Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan tərcüməçiləri