Nisrin Elsaim () — Sudanlı gənc ətraf mühit fəalı və iqlim dəyişikliyi ilə bağlı danışıqların üzvü. O, Pan Afrika İqlim Ədalət Alyansı tərəfindən namizəd göstərildikdən sonra İqlim Dəyişikliyi üzrə BMT Gənclər Məsləhət Qrupunun üzvlüyünə daxil edilir. Elsaim İqlim Dəyişikliyinə Qarşı Sudan Gənclərinin prezidentidir. 2019-cu ildə o, həmçinin Gənclər İqlim Sammitini təşkil etmişdir.

Elsaim Xartum Universitetində fizika və bərpa olunan enerji üzrə dərəcə almışdır. 2012-ci ildən o, iqlim dəyişikliyinə qarşı çıxış edərək gənclərin iqlim fəaliyyətində fəal iştirak edir. İstinadlar

Xarici keçidlər

Talk by Nisreen Elsaim at the For Women in Science programme on YouTube