Ruben Qaliçyan (, ; ) — erməni əsilli Birləşmiş Krallıq alimi və tədqiqatçısı. O, Ermənistanın və Cənubi Qafqaz regionunun tarixi xəritələri üzrə ixtisaslaşmışdır.

Həyat və fəaliyyəti

Ruben Qaliçyan İranda, Təbriz şəhərində bir erməni ailəsində anadan olmuşdur. Qafqazın tarixi və kartoqrafiyası ilə bağlı çoxlu kitab və məqalələr dərc etdirmişdir. Onun ilk kitabı "Historic Maps of Armenia. The Cartographic Heritage" (2004) 2,600 il ərzində dünyanın və Qafqazın xəritələrinin toplusudur, 2005-ci ildə bestseller olmuşdur. Onun məqalələri müxtəlif kartoqrafik jurnallarda və dövri nəşrlərdə, o cümlədən "Imago Mundi" və "IMCoS" jurnallarında dərc edilmişdir. Qaliçyan Ermənistan, ABŞ, İran, Birləşmiş Krallıq və Fransada geniş mühazirələr oxumuşdur.

Ermənistan tarixi kartoqrafiyasındakı xidmətlərinə görə Qaliçyan 2008-ci ildə Ermənistan Milli Elmlər Akademiyasının fəxri doktoru adına layiq görülmüşdür. O, 2009-cu ildə erməni mədəniyyəti sahəsində xidmətlərinə görə I Vazgen medalı ilə təltif edilmişdir. Qaliçyan 2013-cü ildə Ermənistan–diaspor münasibətləri və erməni mədəniyyəti sahəsində xidmətlərinə görə Movses Xorenli adına Prezident medalı ilə təltif edilmişdir.Amazon, Clash of Histories in the South Caucasus: Redrawing the Map of Azerbaijan, Armenia and Iran. About the Author

Seçilmiş əsərləri = Historic Maps of Armenia. The Cartographic Heritage London: IB Tauris, 2004. or 1-86064-979-3 Held by 164 WorldCat libraries. WorldCat Hayastaně hamashkharhayin kʻartēzagrutʻean mēj = Armenii︠a︡ v mirovoĭ kartografii (Armenia in World Cartography) (in Armenian and Russian) Yerevan: Printinfo Art Books, 2005. WorldCat Countries South of the Caucasus in Medieval Maps. Armenia, Georgia and Azerbaijan London: Gomidas Institute and Yerevan: Printinfo Art Books, 2007. or 1-903656-69-9 Worldcat The Invention of History: Azerbaijan, Armenia and the Showcasing of Imagination Gomidas Institute and Yerevan: Printinfo Art Books, 2009. First edition. WorldCat. Translated to Russian, Armenian and Persian. Clash of Histories in the South Caucasus: Redrawing the Map of Azerbaijan, Armenia and Iran .. (Translated to Russian and Persian). Historic Maps of Armenia. The Cartographic Heritage. Abridged and Revised London: Bennett and Bloom, 2015.. A Glance into the History of Armenia through Cartographic Records London: Bennett and Bloom, 2015. . "A Medieval Armenian T-O Map" (Article). Imago Mundi 60:1. London: January 2008. 86–92. History of the Armenian Cartography up to the year 1918 London: Bennett and Bloom, 2017, . WorldCat Armenia, Azerbaijan and Turkey. Addressing Paradoxes of Culture, Geography and History. London, Bennett & Bloom, July 2019. .

İstinadlar

Kateqoriya:Ermənistan coğrafiyaşünasları