Sen Sureni Arevşatyan (; ) — Ermənistan filosofu, tarixçisi. O, 1982–2007-ci illərdə Matenadaranın direktoru olmuşdur.

Həyatı Sen Sureni Arevşatyan 7 yanvar 1928-ci ildə Ermənistan SSR-nin paytaxtı İrəvan şəhərində, yazıçı Suren Qəhrəmani Arevşatyanın (1896–1972) və Suzanna Xristoforovnanın (1902–1992) ailəsində anadan olmuşdur. Böyük qardaşı Eduard Arevşatyan (1926–2007) Ermənistan SSR-nin əməkdar memarı olmuşdur. Sen Arevşatyan 1946–1951-ci illərdə İrəvan Dövlət Universitetində təhsil almışdır. O, 1954–1957-ci illərdə Ermənistan Milli Elmlər Akademiyasının (EMEA) Fəlsəfə şöbəsinin kiçik elmi işçisi, 1957–1959-cu illərdə isə böyük elmi işçisi olmuşdr. Arevşatyan 1972–1979-cu illərdə EMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun baş elmi işçisi, 1990-cı ildən isə qrup rəhbəri olmuşdur. O, 1975–1978-ci illərdə İrəvan Dövlət Universitetində dərs demişdir. Arevşatyan 1959–1982-ci illərdə şöbə müdiri, 1982–2007-ci illərdə isə Matenadaranın direktoru olmuşdur. O, 1986–1989-cu illərdə Ermənistan Mədəniyyət Fondunun təsisçi sədri olmuşdur. Arevşatyan 1972-ci ildə fəlsəfə doktoru adını qazanmışdır. 1978-ci ildə Ermənistan SSR Dövlət Mükafatına layiq görülən Arevşatyan 1996-cı ildə EMEA-nın akademiki olmuşdur. O, 25 iyul 2014-cü ildə Ermənistanın paytaxtı İrəvan şəhərində vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər Директор Матенадарана Академик С. С. Аревшатян

Kateqoriya:XX əsr filosofları Kateqoriya:XXI əsr filosofları Kateqoriya:Erməni tarixçilər Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Ermənistan yazıçıları Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni kavalerləri Kateqoriya:İrəvan Dövlət Universitetinin müəllimləri Kateqoriya:XXI əsr tarixçiləri