BitClout — açıq mənbəli kriptovalyuta və sosial media platformu.
Tarixi
Başlanğıc (2019-2021 mart) Nader əl-Nəci 2019-cu ilin əvvəlində "sosial media ilə investisiyanı birləşdirmək" haqda araşdırmağa başladı. 2019-cu ilin mayında blokçeyn yaratmağa başladı amma bunu 2020-ci ilin noyabrında qədər heç kimə demədi. 2020-ci ilin payızında yeni iş üçün iş elanları paylaşdı.
BitClout-un ilk bloku 18 yanvar 2021-ci ildə buraxıldı. Növbəti blok isə 1 mart 2021-ci ildə buraxıldı. Beləcə mayninq sürətləndi.
BitClout adı ilə (mart - sentyabr) 24 mart 2021-ci ildə beta versiyadan çıxdı. Sequoia Capital, Andreessen Horowitz və digər şirkətlər layihənin ilk investorları olmuşdur.
12 iyun 2021-ci ildə BitClout-un dövriyyəsi 10,8 milyon koinlə məhdudlaşdırıldı.
Platforma 18 iyul 2021-ci ildə istifadəçilərin NFT ticarəti edə bilmələrini təmin etməyə başladı.
DeSo adı ilə (indiyədək) BitClout 21 sentyabr 2021-ci ildə "Mərkəzi olmayan sosial" (Decentralized Social) ifadəsinin qısaltması olan DeSo olaraq adlandırıldı.
İstinadlar
Xarici keçidlər
BitClout-un rəsmi vebsaytı DeSo Fondunun rəsmi saytı Kateqoriya:Kriptoqrafiya Kateqoriya:Kriptovalyutalar Kateqoriya:Kriptovalyuta layihələri Kateqoriya:Sosial media Kateqoriya:2021-ci ildə yaranan saytlar