Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı (Азәрбајҹан Коммунист (болшевик) Фиргәси Мәркәзи Комитәсинин әхбары) — Azərbaycan SSR-də Azərbaycan Kommunist Partiyasının rəsmi partiya jurnalı, partiyanın mərkəzi komitəsinin mətbuat orqanı.
Tarixi "Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin əxbarı" 1920-ci ilin noyabrında Bakıda Azərbaycan, rus və erməni dillərində çıxmışdır. 1921-ci ilin oktyabrında isə yalnız Azərbaycan və rus dillərində nəşr edilmişdir. 1922-ci ilin fevralında "Azərbaycan Kommunist (bolşevik) Firqəsinin Mərkəzi və Bakı Komitələrinin əxbarı" adı ilə çıxmışdır. 1923-cü ilin dekabrından 1925-ci ilin oktyabrınadək "Kommunist yolu" adı ilə nəşr edilmişdir. 1928-ci ilin mayında yenidən ilkin adı ilə buraxılmış, oktyabrda nəşri dayandırılmışdır. Jurnalda rəsmi partiya sənədləri, Azərbaycan Kommunist (bolşevik) Firqəsi Mərkəzi Komitəsinin hesabatları, Ümumittifaq Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsinin qərarları dərc edilmişdir.
İstinadlar
Kateqoriya:1920-ci ildə yarananlar Kateqoriya:Azərbaycan dilində jurnallar Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:Erməni dilində jurnallar