Barambat meşəsi və ya Barambart meşəsi — Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində meşə.

Tarixi Barambat meşəsi Azərbaycanın Goranboy və Tərtər rayonları ərazisində, Gülüstan kəndi sahəsində yerləşir, həmçinin Barambart meşəsi də adlanır. 1931-ci ilin payızında burada qaçaq Ağqıraqlı Mustafanın dəstəsi ilə sovet qüvvələri arasında atışma baş tutmuşdur.

Barambat meşəsi sahəsi Birinci Qarabağ müharibəsi zamanı erməni qüvvələri tərəfindən işğal edilmişdir. 19 mart 2015-ci ildə Barambat meşəsində Azərbaycan və Ermənistan qüvvələri arasında döyüş baş vermişdir. Aprel döyüşləri zamanı meşə Talış kəndinə doğru hücum əməliyyatında keçid ərazisi kimi istifadə edilmiş və baş tutan döyüşlərin ardınca işğaldan azad edilmişdir. Azərbaycan qüvvələri İkinci Qarabağ müharibəsi zamanı, 27 sentyabrda Barambat meşəsindən hücuma keçərək ilkin həmlədə ermənilərin postunu ələ keçirmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan meşələri Kateqoriya:Goranboy rayonu Kateqoriya:Tərtər rayonunun coğrafiyası