Qay Luzon — Standard Lyej komandasının baş məşqçisi

Həyatı Qay Luzon 1975-ci ildə İsraildə anadan olub. 2001-ci ildən futbol məşqçisi kimi fəaliyyət göstərir. 4 mövsüm İsrailin Makkabi Petah-Tikva klubunun baş məşqçisi olub. Güclü komanda sayılmayan bu kluba ölkə çempionatının bürünc medallarını qazandırıb. 2007-ci ildə Hapoel Tel-Əviv klubunun baş məşqçisi postunu tutub. Lakin bu klubla uğur əldə edə bilmədiyinə görə istefaya göndərilib. 2008-2010-cu illərdə Bney Yehuda Tel-Əviv, 2010-2013-cü illərdə İsrailin 21 yaşlılardan ibarət millisini| çalışdırıb. 2013-cü ildən Belçikanın Standart Lyej klubunun baş məşqçisidir.

Qay Luzon bir dəfə Makkabi Petah-Tikva, bir dəfə isə Hapoel Tel-Əviv klubu ilə UEFA kubokunda iştirak edib və komandalarını qrup mərhələsinə çıxarıb.

Həmçinin bax

Luzon Luzon Kateqoriya:Standard Lyej FK məşqçiləri Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri