Qrayms (Əsl adı: Kleyr Elis Buşe; ) — kanadalı müğənni, bəstəkar və musiqi prodüseri.https://web.archive.org/web/20120528204914/http://www.tvmcgill.com/2011/01/18/on-display-claire-boucher/https://web.archive.org/web/20130507043513/http://www.dummymag.com/features/2011/05/09/grimes-d-eon-interview/
Həyatı Kleyr 17 mart 1988-ci ildə Britaniya Kolumbiyasının Vankuver şəhərində anadan olub və burada böyüyüb. O əslən ukraynalı və italyandır. Roma-Katolik məktəbində təhsil aldı. 2006-cı ildə MakQil Universitetində təhsil almaq üçün Monreala köçüb, lakin 2011-ci ilin əvvəlində təhsilini bitirməmiş universitetdən ayrılmışdır.
Karyerası Qrayms, 2007-ci ildə musiqi karyerasına başlayıb. 2010-cu ildə "Geidi Primes" və "Halfaxa" adlı iki albom buraxıb. 2012-ci ildə isə "Visions" adlı albomu ilə beynəlxalq səviyyədə tanınıb. "Visions" albomu, tənqidçilər tərəfindən yüksək qiymətləndirilib və bir çox "ilin ən yaxşı albomu" siyahısına daxil edilib.
Qrayms, 2015-ci ildə "Art Angels" adlı dördüncü studiya albomunu buraxıb. Bu albom da tənqidçilər tərəfindən müsbət qarşılanıb və kommersiya baxımından uğur qazanıb.
2020-ci ildə Qrayms "Miss Anthropocene" adlı beşinci studiya albomunu buraxıb. Bu albom, iqlim dəyişikliyi və ətraf mühit məsələlərindən bəhs edir.
Diskoqrafiya Geidi Primes (2010) Halfaxa (2010) Visions (2012) Art Angels (2015) Miss Anthropocene (2020)
Turlar Pop Winds Tour (Kanada, 2010) Visions Tour (Kanada/ABŞ, 2011) Rhinestone Cowgirls Tour (ABŞ/Kanada, 2015) AC!D Reign Tour (Asiya/Avropa, 2016) March of the Pugs Tour (ABŞ/Kanada, 2016)
Mükafatlar və namizədliklər İl Mükafat Kateqoriya İş Nəticə 2012 Polaris Music Prize Best Canada Album of 2012 Visions 2013 Juno Awards Breakthrough Artist of the Year Özü Electronic Album of the Year Visions MuchMusic Video Awardshttps://web.archive.org/web/20160808215112/http://mmva.muchmusic.com/nominees/ Dance Video of the Year "Genesis" 2015 Video of the Year"Go" Best Post-Production Best Director2016International Dance Music Awardshttps://web.archive.org/web/20160630054523/http://wintermusicconference.com/events/idmas/index.php?wmcyear=2016#idmanomineesBest Alternative/Indie Rock Dance TrackFlesh Without Blood
İstinadlar
Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İlon Mask Kateqoriya:Art-pop musiqiçiləri Kateqoriya:Kanada müğənniləri