Xudat rayonu — Azərbaycan Sovet Sosialist Respublikasında 1943–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Xudat olmuşdur.

Tarixi Xudat rayonu 8 oktyabr 1943-cü ildə yaradılmışdır. Xudat rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.

Xudat rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, Şirvan kənd sovetliyi istisna olmaqla ərazisi (Xudat şəhər, Müqtədir qəsəbə soveti, Dədəli, Qusarçay, Ləcət, Nabran, Susayqışlaq və Yalama kənd sovetləri) Xaçmaz rayonuna birləşdirilmişdir. Şirvanovka kənd sovetliyi isə Qusar rayonuna verilmişdir.Ведомости Верховного Совета СССР. № 50 (982), 1959 г.

Mətbuat Rayon ərazisində "Xudat kolxozçusu" qəzeti nəşr edilmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR-in rayonları Kateqoriya:Azərbaycanın ləğv olunmuş rayonları