Er-Fors adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Coğrafiya Er-Fors adası Foks körfəzinin şimal-şərq hissəsində, Baffin Torpağının cənub-qərb sahillərində yerləşir və Verdi körfəzinin cənub sərhədini təşkil edir. Baffin Torpağına minimum məsafə 20 km-dir. 11 km enində olan Koçram boğazı adanı qərbə doğru böyük Şahzadə-Çarlz adasından ayırır. Adanın sahəsi 1720 km²-dir. Sahil xəttinin uzunluğu 201 km-dir. Er-Fors adasının uzunluğu 62 km (şərqdən qərbə) və orta eni təxminən 30 km-dir (şimaldan cənuba). Adanın relyefi alçaqdır və nadir hallarda dəniz səviyyəsindən 20 metrdən yuxarı qalxır.
İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı