thumb|Toriyama Sekien tərəfindən rəsm edilən bir hitodama. – Yaponiya folklorunda insanın ölümü zamanı onun bədənindən ayrılan ruh. İnanca görə bu ruh mavitəhər ağ rəngə malik quyruqlu alov topları şəklinə düşür.
Hitodama görmək insanın öləcəyi barədə ənənəvi proqnoz hesab olunurdu. Lakin Orta əsr ədəbiyyatında onları uzaqlaşdırmaq üçün bir çox yol təklif olunub. Müasir dövrdə də gecə vaxtı qəbiristanlıqda və ya evin damının üzərində hitodama gördüyünü iddia edən şəxslərə rast gəlmək mümkündür. Meteorlar, fosforesensiya və ya digər təbiət hadisələrinin hitodama üçün mənbə olduğu güman olunur.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya folkloru Kateqoriya:Mifoloji bədheybətlər