Çarlz adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012).
Coğrafiya Ada Hudzon boğazının cənub hissəsində, Baffin Torpağı ilə Kanadanın materikindəki Unqava yarımadasından (Kvebek əyaləti) ayıran bölgəsində yerləşir. Çarlz adası Nuvele-Fransdan (Unqava yarımadasının ən şimal nöqtəsi) cəmi 19 km şimal-qərbdə yerləşir. Kvebekə yaxın olmasına baxmayaraq, ada inzibati cəhətdən Nunavut ərazisinə aiddir.
Adanın sahəsi 235 km², sahil xəttinin uzunluğu 132 km-dir. Ada uzunsov formaya malikdir, adanın qərbdən şərqə doğru uzunluğu 37 km, şərq hissəsində adanın maksimal eni 8,5 km, mərkəzdə daralaraq 3,5 km-ə düşür. Şimal-şərqdə adanın sahili sərt və sıldırımdır.
İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı