Paradəniz — Göksu deltasında Mersin ili sərhədləri daxilində yerləşən laqun mənşəli göl. Deltadakı dörd göldən biridir.

Coğrafiya Göksu çayının Aralıq dənizinə töküldüyü sahənin qərbində yerləşir. Sahəsi 600 hektardır.ZOR, Mehmet. "TÜRKİYE'NİN SULAK ALANLARI" Şimal-şərqdə Arkum, şimalda Qurtuluş məhəllələri, qərbdə deltanın digər böyük gölü olan Ağgöl yerləşir. Balıqçıların açdığı kanalla iki göl (Ağgöl və Paradəniz) birləşdirilmişdir. Paradənizin suları az duzludur, 0,2–0,3%-dir.ERGENE, Serap. "Göksu Deltas'ndaki Akgöl-Paradeniz Lagünlerinde Yaşayan Liza ramada (Risso, 1826)'nin Büyüme Özellikleri" (PDF). Laqunu Aralıq dənizindən ayıran qum təpəliklərində iki dəniz tısbağası növü yumurta qoyur."Göksu Deltası – MERSİN". turkiyesulakalanlari.com.

Paradəniz ilə Aralıq dənizi arasında Qu quşu gölü (türkcə: Kuğu gölü), Paradənizin şərqində isə olduqca duzlu olan Arapalanı gölü yerləşir.

Geologiya Göl şimal-şərq və cənub-qərb istiqamətində uzanır. Şərq sahili Aralıq dənizi sahilinə təqribi 50 km uzaqlıqdadır və paralel yerləşir. Şimal-şərqdə dar kanal vasitəsilə Aralıq dənizinə bağlanır. Gölə allüvial daşınması nəticəsində dayazlaşma prosesi gedir.

Ekologiya Paradənizin yerləşdiyi Göksu deltası su quşları üçün önəmli nəsilartırma və qışlama sahəsidir. Laqun çevrəsində 302 quş növü müəyyən olunmuşdur. Gölün dənizə bağlantısı təmin edən dar kanal nəzarətə götürülərək dalğıc balıqçılıq həyata keçirilir. Ərazidə mavi yengəc ovu önəmlidir. Göl içində heç bir bitki yoxdur.

Ağgöl və Paradənizin yerləşdiyi ərazi vəhşi həyatı qoruma sahəsidir. 1994-cü ildə Paradənizi də əhatə edən 15.000 hektarlıq sahə Ramsar sahəsi elan edilmişdir.

Paradənizdə dəniz levreyi, çipura, itiburun qaragöz, sinaqrit, melanurya, zolaqlı mərcan balığı və sarıgöz yaşayır."Göksu Deltası Ramsar Alanı". milliparklar.gov.tr. s. 52–53. Əsasən kefal növləri, sazan, levrek, ilan balığı və çipura ovlanır.

Həmçinin bax

İstinadlar

Kateqoriya:Türkiyə gölləri Kateqoriya:Göllər Kateqoriya:Əlifba sırasına görə göllər Kateqoriya:Türkiyənin su obyektləri Kateqoriya:Su hövzələri Kateqoriya:Türkiyə coğrafiyası