Royal Geografikal Sosayeti adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Norveçli qütb tədqiqatçısı Roald Amundsen tərəfindən Kral Coğrafiya Cəmiyyətinin şərəfinə adlandırılmışdır. Adada hazırda yaşayış yoxdur (2012). Coğrafiya Adalar Viktoriya boğazının sularında Viktoriya və Kral-Vilyam adaları arasında yerləşir. Cənub-qərbdə Cenni Lind adası yerləşir. Kanadanın coğrafi mərkəzindən məsafə 1015 km, ölkənin paytaxtı Ottavadan olan məsafə isə 2954 km-dir . Sahəsi 458,1 km²-dir. Ən hündür nöqtəsi 53 m-dirUN SYSTEM-WIDE EARTHWATCH Web Site - Royal Geographical Society .
Ümumdünya Təbiəti Mühafizə Fondu təsnifatına görə, Royal Geografikal Sosayeti, eləcə də qonşu Viktoriya və Kinq Uilyam adaları Şimali Amerikanın qütb tundrası ekoregionuna daxildir. İstinadlar
Kateqoriya:Kanada adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları