Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər.
Məzmun Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır. Bu məlumatı aldıqdan sonra türklər Şəkiyə yollanırlar. Türklərin ardınca Şəkiyə rus mafiyozu Yurinin adamları və Azərbaycanlı mafiyoz Rüstəm öz adamları ilə bərabər gəlir. Və bütün hadisələr bu məşhur "Şərqin ürəyi" adlı almazın axtarışı ətrafında cərəyan edir.''
Filmin üzərində işləyənlər Rejissor: Orxan Bayramov Ssenari müəllifi: Eren Azak, Orxan Bayramov Operator: Farshid Alizadeh Rəssam: Zaur Abdullayev Qrim ustası: Larisa İvanova Bəstəkar: Rövşən Əsgərzadə, Roozbeh Parandeh Sound department: Onur Palasallar Prodüser: Erdoğan Yaprak, Rüfət Alıyev İcraçı Prodüserlər: Ramiz Nağıyev, Elsevər Mehdizadə, Nəbi Rafiqoğlu 1st Assistant: Arif İsmayılov, Vuqar Nəcəfov 2nd Assistant: Amal Heydərzadə Fokus Puller: Davood Abbasi Operator 1st Assistant: Rahim Toofan Operator 2nd Assistant: Mehrdad Mikaeilzadeh Pirotexnik: Azim Mohammadi Montaj: Orxan Bayramov Səs operatoru və səs rejissoru (Əlavə səhnələr): Ceyhun Aslanlı
Rollarda Bəhruz Vaqifoğlu — Fuad Vüsal Hacı Qədir — Maqa Serkan Genc — Tayfun Ayşen Batıgün — Derya Eray Türk — Sedat Elşən Rüstəmov — İzzət Pərviz Məmmədrzayev — Rüstəm Əbdülqəni Əliyev — İsrafil Yaroslav Trifonov — Andrey Şirzad Pirallahı — Rəşid Namiq Cavadov — Faiq Gülşən Hüseynli — Nigar Vüsal Murtuzəliyev — Fərid Faiq Mirzəyev — Yüri Pərvin Abıyeva — Kəmalə Raqib Axundov — Dmitri Cəmilə Tağızadə — Nəcibə Ruslan Əzimbəyov — Nikolay İqrar Salamov — çoban Akif Yusifov — Tofiq əmi Xəyal Salayev — Həsən Vüsal Xaliqoğlu — polis 1 Rövşən Məmmədli — polis 2 Xanlar Həşimzadə — professor Pərviz İsmayılov — Rüstəmin adamı Orxan Bayramov (rejissor) — xüsusi təyinatlı polis
Çıxarılması Film ilk dəfə 29 mart 2017-ci ildə Bakıda, CinemaPlus kinoteatrlar şəbəkəsində təqdim edilib.
Çəkilişlər Filmin çəkilişləri Şəki, Bakı və İstanbul şəhərlərində aparılmışdır.
İstinadlar
Xarici keçidlər YouTube-da izlə https://ann.az/az/cinemaplus-kinoteatrinda-the-game-komediya-filminin-teqdimati-kecirilib/ https://news.milli.az/interest/531165.html http://icxeberler.com/medeniyyet/2153-the-game-oyun-adli-filmin-qala-gecesi-kechirildi-fotolar.html
Kateqoriya:2017-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanda çəkilən Azərbaycan filmləri