Baran adası — Oxot dənizinə aid olan Şelixov körfəzinin cənub hissəsində yerləşən ada. İnzibati cəhətdən Rusiyanın Maqadan vilayəti ərazisinə daxildir. Yam adalarında ikinci ən böyük adadırОбзорно-географический Атлас России. — Картография, АСТ, Астрель, 2010. — С. 124..
Coğrafiya Pyaqin yarımadasından və Udaça körfəzindən təxminən 6,2 kilometr şərqdə yerləşir. 3,2 kilometr qərbdə Yam adalarından olan Katemalyo adası qəraralaşır. Barana eniş praktiki olaraq mümkün deyil.
Ən yüksək yeri 193 metrdir. Qonşu akvatoriyasının dərinliyi 58–65 metrdir.
Adada təxminən 2.000 cüt ağılsız, 2.000 cüt üçbarmaqlı qağayı , 20.000 cüt Uria lomvia və Uria aalge yuva qurur. Maqadan Təbiət Qoruğunun Yam adaları bölməsinin bir hissəsidir.
Həmçinin bax Baydukov adası
İstinadlar
Kateqoriya:Oxot dənizi adaları Kateqoriya:Maqadan vilayəti adaları Kateqoriya:Oxot dənizinin yaşayış olmayan adaları