Hans Vilhelm Geyger () — alman fiziki, Berlin Elmlər Akademiyasının üzvü. Erlangen, Münhen və Mançester universitetlərində təhsil almışdır. Ernest Rezerfordun şagirdi olub.
1908-ci ildə elektronun yükünü ölçmüş və Rezerfordla birlikdə ayrı-ayrı yüklü zərrəcikləri qeyd edən cihaz ixtira etmişdir. 1909–10-cu illərdə Rezerfordun rəhbərliyi ilə metal folqada alfa-zərrəciklərin səpilməsini tədqiq etmiş və onların bir hissəsinin 90° bucaqdan artıq meyilini təyin etmişdir. Bu fakt Rezerfordun atom nüvəsini kəşf etməsində mühüm rol oynamışdır.
İstinadlar
Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:İxtiraçılar Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Almaniya ixtiraçıları Kateqoriya:Almanlar Kateqoriya:Nüvə fizikləri