Vladimir Viktoroviç Adoratski (; ) — SSRİ Kommunist Partiyası xadimi, tarixçi, filosof, akademik.
Həyatı Vladimir Viktoroviç Adoratski 19 avqust 1878-ci ildə Rusiya imperiyasının Kazan şəhərində anadan olmuşdur. 1900-cü ildən inqilabi hərəkata qoşulmuş, RSDFP Kazan Komitəsinin katibi olmuşdur. 1900-cü ildə həbs edilib Həştərxan quberniyasına, 1906-cı ildə xaricə sürgün edilmişdir. 1904-cü ildən Sov.İKP üzvudür. Xaricdə dəfələrlə Vladimir Leninlə görüşmüş və onun tapşırıqlarını yerinə yetirmişdir. Oktyabr inqilabından sonra müxtəlif vəzifələrdə işləmiş, Marks–Engels–Lenin İnstitutunun direktoru (1931–1939), eyni zamanda SSRİ EA Fəlsəfə İnstitutunun direktoru, 1939-cu ildən Marks–Engels–Lenin İnstitutunun baş redaktoru olmuşdur. 1932-ci ildən SSRİ EA akademiki olmuşdur. Adoratski Sov.İKP-nin XVI–XVIII qurultaylarına nümayəndə seçilmişdir. Elmi fəaliyyəti marksizm tarixi məsələlərinə həsr edilmişdir. Onun redaktorluğu ilə Karl Marks və Fridrix Engelsin əsərlərinin rus dilində 15 cildliyi və alman dilində 8 cildliyi çıxmışdır. Marks və Engelsin seçilmiş məktublarını nəşrə hazırlamışdır (I nəşr, l922). Vladimir Lenin əsərlərinin və Lenin məcmuələrinin (11–32) redaktorlarından idi. Lenin Adoratskini nəzəriyyəçi və təbliğatçı, marksizmin bilicisi kimi yüksək qiymətləndirmişdir. O, 5 iyun 1945-ci ildə Moskva şəhərində vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Конюшая Р. П. "Учёный-марксист" // "Вопросы истории КПСС", 1963, № 8; Литвин А. А., Литвин А. Л. Заурядная жизнь незаурядного человека: В. В. Адоратский (1878–1945). — Казань: Изд-во Казанск. гос. ун-та, 2008. — 128 с. Владимир Викторович Адоратский. М., 2014 (Материалы к биобиблиографии учёных. Философия. Вып. 8)
Xarici keçidlər Биографический очерк Биография в Справочнике по истории КПСС Статья на сайте "Летопись Московского университета" Историческая справка на сайте Архива РАН История коллекции документов последнего российского императора и членов его семьи (Новоромановского архива) в 1917–1919 гг.
Kateqoriya:SSRİ Elmlər Akademiyasının üzvləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:Rusiya filosofları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Marksistlər Kateqoriya:Bolşeviklər\ Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin Mərkəzi Təftiş Komissiyasının üzvləri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:Moskva Dövlət Universitetinin professorları