Tembot Məhəmmədoviç Keraşev (; ) — adıge-sovet yazıçısı, "Stalin" mükafatı laureatı (1948), 1928-ci ildən Sov. İKP(b) üzvü.

Həyatı Tembot Keraşev 16 avqust 1902-ci ildə Koşehabl kəndində (indiki Adıgeya) kəndli ailəsində anadan olmuşdur. O, özəl tatar məktəbini bitirmiş, 1913–1914-cü illərdə Ufada müəllim seminariyasında, 1918–1920-ci illərdə Abinskaya kəndində realnıy məktəbində, daha sonra Krasnodar Politexnik İnstitutunda (indiki Kuban Dövlət Texnologiya Universiteti) oxumuş, 1929-cu ildə Moskva Sənaye-İqtisad İnstitutunu (indiki Dövlət Menecment Universiteti) bitirmişdir. Bundan sonra Keraşev Adıge Muxtar Vilayətinə qayıtmış və burada regional qəzetin redaktoru, adıgey milli nəşriyyatının müdiri olaraq çalışmışdır. O, 1931-ci ildə Adıgey Elmi-Tədqiqat Yerli Tarix İnstitutunun direktoru təyin edilmiş, 1934–1936-cı illərdə Krasnodar İnstitutunda dosent vəzifəsində çalışmış, ardınca Elmi-Tədqiqat Diyarşünaslıq İnstitutuna elmi işçi kimi qayıtmışdır. Keraşev çərkəzlərin şifahi poeziyasından nümunələr toplamış, folklor əsərləri topluları tərtib etmiş və ədəbiyyat üzrə dərsliklər hazırlamışdır. O, 8 fevral 1988-ci ildə vəfat etmiş, Maykopdakı Yeni qəbiristanlıqda dəfn edilmişdir.

Şəxsi həaytı Keraşevin oğlu Aslanbəy tanınmış jurnalistdir.

İstinadlar

Xarici keçidlər Статья в БСЭ Сайт студентов АРИГИ

Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Sov.İKP-nin XX qurultayının nümayəndələri Kateqoriya:XX əsr Rusiya yazıçıları