Qravina adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada.

Coğrafiya Adanın uzunluğu 34 km, eni 15 km, sahəsi 246 km²-dirFeature Detail Report for: Gravina Island на сайте ''geonames.usgs.gov. 2000-ci il siyahıyaalınmasına görə, adada 50 nəfər yaşayırdı. Yaxın adalara olan məsafə:

Revilyahihedo adasına (şimal-şərqdə) — təxminən 300 metr, Annett adasına (şərq) — təxminən 2,2 kilometr. Ketçiken hava limanı adanın şimal hissəsində yerləşir.

Tarix Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir; Trafalqar döyüşündə iştirak etmiş ispan admiralı Federiko Qravinanın şərəfinə bir qrup adaya Qravina adını verir. Növbəti il ingilis səyyahı Corc Vankuver bu adı adalardan birinə tətbiq edərək onu təsdiq edir.

Faktlar 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır. Ayrılan pullar yoxa çıxır. Layihə qeyri-rəsmi "Heç yerə getməyən körpü" adını alırWebliography: "The Bridge to Nowhere" на сайте blogs.chicagotribune.com.

Mənbə

График приливов и отливов в заливе Неэнта-Бэй, остров Гравина The structure and stratigraphy of Gravina and Revillagigedo Islands, Alaska

İstinadlar

Kateqoriya:Aleksandr arxipelaqı