Dall adası () — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Uels Şahzadəsi adasının qərbində yerləşir. Təxminən 73 km uzunluğa və 14 km enə malikdir. Adanın sahəsi 657,9 km²-dir və bu göstərici ilə ABŞ-də 28-ci ən böyük adadır. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 745 m yüksəklikdədir. Adanın ən cənub nöqtəsi Muson burnudur. Burun Alyaska ilə Kanadanın Britaniya Kolumbiyası əyaləti arasında dəniz sərhədi olan A-B xəttinin qərb ucu hesab olunur.
2000-ci il siyahıyaalınmasına əsasən ada əhalisinin sayı 20 nəfər olmuşdurDall Island: Blocks 3066 and 3067, Census Tract 1, Prince of Wales-Outer Ketchikan Census Area, Alaska United States Census Bureau.
Ada əvvəlcə İspan dəniz zabiti Xuan Fransisko-de-la-Bodeqa-i-Kuadranın şərəfinə Kuadra adlandırılır. Müasir adını 1879-cu ildə amerikalı təbiətşünas Vilyam Dollun adı ilə almışdır.
İstinadlar
Kateqoriya:Aleksandr arxipelaqı Kateqoriya:Ölkələr arasında bölünmüş adalar