Mədətsiz dağı — Orta Toros (Tavr) dağlarında, Bolkar dağları üzərində yerləşən 3524 metr (11.562 ft) yüksəkliyində dağ.

Bolkar dağları Orta Torosların ən hündür dağlarıdır. Mədətsiz dağı Bolkarların şimal-şərq hissəsində yerləşir. Niğdənin Uluqışla vilayəti ilə Mersinin Çamlıyayla rayonlarının sərhədləri Mədətsiz dağında kəsişir. Zirvə Çamlıyayla sərhədində yerləşir. Ağdənizə uzaqlığı quş uçuşu ilə 65 km-dir.

Tarsus rayonu Gülək kəndindən Mədətsiz zirvəsinə qalxarkən Türk İstiqlal Müharibəsi türk-fransız qarşıdurmasına ithafən 37°18′04.16″K 34°43′29.36″D koordinatında Qarboğazı şəhidliyi yaradılmışdır."Karboğazı Kuvayi Milliye Anıtı — Mersin". kulturportali.gov.tr

Mədətsiz dağı dağçılıq baxımından çox populyardır. Əksər hallarda dırmanış Uluqışla istiqamətindən başlanır."Medetsiz (3534 m.), Klasik Batı sırtı". anadoludoruklari.com."Medetsiz Dağı/ Bolkarlar, Kuzey Yüzü (Sağ Kısım) Kar Kulvarı Çıkışı". ytudak.org Zirvənin şimal hissəsi hündür sıldırım qayalıqlardan ibarətdir, cənub yamacı isə nisbətən daha az meyillidir.

Həmçinin bax

Artos dağı Honaz dağı Murad dağı

İstinadlar

Kateqoriya:Türkiyə dağları Kateqoriya:Tavr dağları