250px|thumb|right|Aşağı Belveder Sarayı, Barokko Muzeyi, Vyana.

Avstriya memarlığı — Avstriya Respublikasının memarlıq sənəti.

Tarixi XII–XIII əsrlərdə Avstriya memarlığında roman üslubu bazilikalar, XIII–XV əsrlərdə qotik üslub (Vyanadakı Müqəddəs Ştefan kafedralı), XVII əsrin sonu XVIII əsrin birinci yarısında isə barokko üslubu (Vynada Karl Borromey kilsəsi, Şenbruin, Trautzon, Şvartsenberq sarayları) geniş yayılmışdır. XIX əsr Avstriya memarlığında eklektizm modernizmlə (memar V. Vaqner, A. Looz və başqaları) əvəz olunmuşdur. 1920–1930-cu illərdə Avstriya memarlığında, memar Klemens Holtmeysterin yaradıcılığında milli romantik istiqamət inkişaf etmişdir. 1945-ci ildən sonra Avstriyada müasir üslubda binalar (Vyanada Ştadthalle universal şəhər zalı, 1955–1958, memar Roland Rayner; internat məktəb, 1966, memar Q. Peyxl; Linsdə A. Brükner adına konsert zalı. 1972, memar X. Siren və s.) yaradılmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Hielscher K., Gube R. Österreich. Landschaft und Baukunst, Berlin, 1928. Riehl H. Barocke Baukunst in Österreich, München, 1930. Sedlmayer H., Österreichische Barockarchitektur 1690—1740, Wien, 1930. Краткая художественная энциклопедия. Искусство стран и народов мира, Т. 1. М., 1962.

Kateqoriya:Ölkələrinə görə Avropa memarlığı