Besboro adası () — Berinq dənizinin Norton körfəzindəki kiçik ada. Alyaska sahillərindən 18 km qərbdə yerləşir. Adanın uzunluğu təxminən 3 km, eni isə 800 m-dir. Dəniz səviyyəsindən maksimum hündürlüyü 242 m-dir. İnzibati cəhətdən ABŞ–ın Alyaska, Nom siyahıyaalma sahəsinə aiddir.
Adanın adını 1778-ci il sentyabrın 12-də Besboro adası kimi qeyd edən ingilis naviqatoru Ceyms Kuk olmuşdur. Ada Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir.
İstinadlar
Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları