Konstantin (Kote) İvanoviç Maxaradze (; ) — məşhur sovet idman şərhçisi, teatr və kino aktyoru. Gürcüstan SSR xalq artisti.
Həyatı Konstantin Maxaradze 1926-cı il noyabrın 17-də Tiflisdə anadan olub. Uşaq ikən basketbolla məşğul idi. Sonradan futbola keçmişdi. Maxaradze "Dinamo" Tbilisidə gənclər arasında Gürcüstan çempionu olmuşdur.
Kote Maxaradze 1941-ci ildə Tiflis Xoreoqrafiya Məktəbini bitirmişdir. 1944-cü ildə isə orta məktəbdən məzun olub. Tbilisi Dövlət Teatr İnstitutuna daxil olub 1948-ci ildə oranı bitirmişdir. 1948–1970-ci illərdə. Şota Rustaveli teatrının aktyoru olub. 1950-ci ildən — Tbilisi Teatr İnstitutunda müəllim işləmişdir. 1957-ci ildən — Gürcüstan televiziyasında idman şərhçiliyinə başlamışdır. Orada televiziya və radioda futbol matçlarını işıqlandırıb. İki il sonra o, mərkəzi Sovet dövlət televiziyası və radiosunda şərh verməyə başlamışdır. Yüksək peşəkarlıq xüsusiyyəti ilə seçilən Maxaradze Sovet İttifaqının milli futbol komandasını xaricə səfər edərkən müşayiət edirdi. Kote Maxaradze növbəti dörd onillikdə bu dövrün bütün əsas idman oyunlarını və Olimpiya oyunlarını, o cümlədən Tbilisinin "Dinamo" komandasının 1964-cü ildə SSRİ kubokunda və 1981-ci ildə UEFA Kuboklar Kubokunda qazandığı tarixi qələbələri televiziyada şərh etmişdi.Mikaberidze, Alexander (ed., 2007). Kote(Constantine) Makharadze Dictionary of Georgian National Biography. Accessed on September 6, 2007.
1972-ci ildən isə Kote Marcanişvili adına Tbilisi Akademik Teatrının aktyoru olmuşdur.
1994-cü il Tbilisi Teatr İnstitutunda professor dərəcəsi almışdır. 2001-ci ildə o, ilk gürcü balet festivalı-müsabiqəsi Çabukiani-Balançinenin həm-rejissoru və aparıcısı olmuşdur.
O, 2002-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Gürcüstan və Rusiya futbol yığmaları arasında Tbilisidəki "Lokomotiv" stadionunda elektrik enerjisinin kəsilməsi səbəbindən təxirə salınmış oyundan sonra insult keçirdi. Kote Maxaradze 77 yaşında 19 dekabr 2002-ci ildə Tbilisidə vəfat etmişdir.Тенгиз Пачкория. Умер Котэ Махарадзе. Скорбим. Газета "Советский спорт" // sovsport.ru (20 декабря 2002 года) O, Tbilisidə Didube panteonunun qəbiristanlığında dəfn edilib. Daha sonra onun yanında həyat yoldaşı Sofiko Çiaureli dəfn olunub.
Mükafatları Gürcüstan SSR xalq artisti (1967) Şota Rustaveli mükafatı laureatı beynəlxalq idman filmləri festivalının laureatı Qırmızı Əmək Bayrağı ordeni (1967) Şərəf ordeni (1997 və 08/09/2002). EA Sports-dan FIFA-10 kompüter video oyununda Kote Maxaradzenin "Top havada ikən …" ifadəsi şərhçi Vasili Utkin deyir.
Filmləri 1975 — Artıq var olmadığıma inanmayın 1977 — Səhər dumanı kimi 1982 — Ailə xronikasından iki fəsil 1984 — Tənha Taciri Qazanmaq — Xose 1984 — Eyni toqquşmanın iki versiyası — Carlo Mazzoni, "White Star" tankerinin kapitanı 1984 — Və gözəl bir qələbə anı — şərhçi 1984 — Tövbə — prokuror 1985 — Qarşıdurma — polkovnik Serqo Suxişvili
İstinadlar
Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Gürcüstan aktyorları Kateqoriya:Futbol şərhçiləri Kateqoriya:Gürcüstan SSR xalq artistləri Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ-nin televiziya aparıcıları Kateqoriya:Futbol jurnalistləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Tbilisinin fəxri vətəndaşları