Məmmədov Hüseynbala Məmmədrəfi oğlu () — Azərbaycanın əməkdar iqtisadçısı.

Həyatı 25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur.

Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir.

1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.

Təltifləri II dərəcəli "Vətən Müharibəsi" ordeni — 1985-ci il

"Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı

İstinadlar

Kateqoriya:Böyük Vətən müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri