Musa Qurbanlı () — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu.

Klub karyerası

"Qarabağ" Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.

2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur.

O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib.

2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu.

"Yurqorden" 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin "Yurqorden" klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancının 200 min avro olacağı bildirilib. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.

"Qarabağ"a geri dönüş 14 iyun 2024-cü ildə "Qarabağ" Qurbanlı ilə 3 illik müqavilə imzalayıb.

Beynəlxalq karyerası Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.

O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib. 26 may 2021-ci ildə Ukrayna 21 yaşlıları ilə keçirilən yoldaşlıq matçında ilk qolunu vurdu.

12 oktyabr 2021-ci ildə seçmə mərhələ çərçivəsində Xorvatiyalı həmyaşıdları ilə keçirilən matçda, U21 millisində ilk rəsmi qolunu vurdu.

Qurbanlı Azərbaycan əsas millisində debütünü 2020-ci il noyabrın 11-də Sloveniya ilə yoldaşlıq görüşündə keçirib.

Karyera statistikası Klub

+ Klub, mövsüm və yarış üzrə oyun və qol sayıKlubMövsümLiqaMilli KubokQitəDigərÜmumiDivisionOyunQolOyunQolOyunQolOyunQolOyunQolQarabağ2019–20Azərbaycan Premyer Liqası001000—102020–21Azərbaycan Premyer Liqası510010—612021–22Azərbaycan Premyer Liqası1582160—2392022–23Azərbaycan Premyer Liqası32212240—3823Ümumi432753110--5930Zirə (icarə)2020–21Azərbaycan Premyer Liqası9121—112Yurqorden2023 Allsvenskan1421120—173Qarabağ2024–25Azərbaycan Premyer Liqası2000—20Karyerası Cəmi683085130008935

Milli

İlOyunQol202010202241202350202442Ümumi143

Nəticə sütunu Azərbaycanın qol sayını göstərir, hesab sütunu Qurbanlının hər qolundan sonrakı hesabı göstərir.

+ Musa Qurbanlının beynəlxalq oyunlarda vurduğu qolların siyahısıSayTarixStadionRəqibHesabNəticəYarış 120 noyabr 2022Tose Proeski Arena, Skopye, Şimali Makedoniya2–13–1Yoldaşlıq oyunu225 mart 2024Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı, Azərbaycan1–11–1Yoldaşlıq oyunu37 iyun 2024Haladaş İdman Kompleksi, Sombatxey, Macarıstan1–31–3Yoldaşlıq oyunu

Şəxsi həyatı Qurbanlı Azərbaycan millisinin keçmiş oyunçusu və "Qarabağ FK"un baş məşqçisi Qurban Qurbanovun oğludur. Musa Qurbanlı eyni zamanda futbolçu Musa Qurbanovun qardaşı oğludur.

İstinadlar

Xarici keçidlər Musa Qurbanlı Transfermarkt-da. Musa Qurbanlı "Qarabağ"ın rəsmi saytında Musa Qurbanlı Soccerway-də

Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Qarabağ FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bakı şəhəri 6 nömrəli tam orta məktəbin məzunları Kateqoriya:Zirə FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Yurqorden FK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Neftçi PFK futbolçuları