Abxaz silsiləsi (;Инструкция по русской передаче географических названий Абхазской АССР. — М.: Наука, 1977. — С. 11. , ApxazetiskediИнструкция по русской передаче географических названий Грузинской ССР. — М., 1972. — С. 10.) — de-yure olaraq Gürcüstan, de-fakto olaraq Abxaziya ərazisində, Qafqaz dağlarında silsilə. Bzıb silsiləsinin şərq davamıdır. Baş Qafqaz (yaxud Suayrıcı) silsiləsinə paralel uzanır. Uzunluğu 60 kilometr, hündürlüyü 3,156 metrədəkdir. Porfirit və şistlərdən ibarətdir. Yamacları aşağı hissədə meşələrlə, yuxarılarda alp çəmənlikləri ilə örtülüdür. Müasir buzlaqlar var.

İstinadlar

Kateqoriya:Gürcüstan dağları